® “Nar” qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir
Universitetlərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr “Nar”dan xüsusi hədiyyələrlə təltif olunacaqlar. “Nar” onların güclü əzm və çalışqanlıqlarını qiymətləndirməklə gənc istedadların akademik təhsilin yeni mərhələsinə böyük həvəslə başlamalarına dəstək olur və bu təşəbbüsün gələcək abituriyentlər üçün də müsbət nümunə olacağına inanır.
İlin abituriyentlərinə ən müasir smartfon, “Nar” nömrə və 700 manat dəyərində balans hədiyyə edərək “Nar” onların universitet həyatına tam hazır başlamalarını təmin edir. Bu təşəbbüs “Nar”ın Azərbaycan gənclərinin təhsilə marağının artırılmasındakı dəyərli töhfəsini vurğulayır.
BMT-nin dayanıqlılıq məqsədlərinə uyğun olaraq təhsil “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının mərkəzi sütunlarından biridir.
“Nar”ın gerçəkləşdirdiyi layihə və təşəbbüsləri haqqında ətraflı məlumat almaq üçün nar.az saytına daxil olun.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]