Siciliya adasındakı Etna vulkanı yenidən fəallaşıb
Roma, 16 iyul, AZƏRTAC
İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın Voraqin kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb, kül dumanının hündürlüyü 6 kilometr yüksəkliyə çatıb.
Voraqin kraterinin hündürlüyünün yığılmış lava səbəbindən 3369 metrə çatdığı və hazırda vulkanın ən hündür nöqtəsi olduğu açıqlanıb.
Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır. İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etnada ildə bir neçə dəfə fəallıq müşahidə edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]