BDU Elmi Kitabxanasının oxucuları üçün “EBSCO Discovery Service” sistemindən ödənişsiz istifadə imkanı
Bakı, 16 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının oxucuları üçün “EBSCO Discovery Service”in xidmətlərindən ödənişsiz istifadə imkanı yaradılır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sistemdən yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv olan respublikanın 12 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə biləcəklər.
“EBSCO Discovery Service” xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş (satın alınmış, abunə olunmuş resurslar, xarici təchizatçıların sınaq üçün istifadəyə verdiyi resurslar) imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir. Sistem “vahid axtarış pəncərəsi” rejimində işləyir, digər ali təhsil müəssisəsinin oxucuları sistemdən BDU-nun interfeysi üzərindən istifadə edə bilərlər.
Sistem müxtəlif təchizatçılar, nəşriyyatlar, platformaların açıq giriş rejimində mövcud olan yüzlərlə resurs paketini universitet üçün xüsusi məhdudiyyətlər olmadan indeksləşdirir. Bununla da tələbələr, müəllimlər və alimlər dünyanın nəhəng elmi informasiya mənbələri ilə işləmək imkanı əldə edirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]