Rektor: Media təmsilçilərinin uşaq hüquqları ilə bağlı məlumatlı olması çox mühümdür
Bakı, 16 iyul, AZƏRTAC
Media təmsilçilərinin uşaq hüquqları ilə bağlı məlumatlı olması çox mühümdür. Bu, uşaqlarla bağlı xəbərlərin yayılması zamanı onların psixoloji cəhətdən zərər görməməsi, sosiallaşması baxımından əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan “Media və uşaq hüquqları” adlı kitabın təqdimat mərasimində deyib.
Rektor bildirib ki, məlumatların yayılması zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, uşaqların hüquqlarının pozulmasına yol verilməməsi diqqətdə saxlanılmalıdır.
E.Babayev rəhbərlik etdiyi ali təhsil ocağında bu yaxınlarda Süni intellekt kafedrasının yaradılması ilə bağlı qərar qəbul olunduğunu da diqqətə çatdırıb.
Rektor bildirib ki, “Media və uşaq hüquqları” dərsliyində uşaq hüquqları ilə bağlı mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları əksini tapıb.
O vurğulayıb ki, dərslik peşəkar kadrların hazırlanması işinə töhfə verəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]