Azərbaycan mədəniyyəti Niderlandda “Mədəni müxtəliflik” bayramında təqdim olunub
Almere, 15 iyul, AZƏRTAC
Niderland Krallığının Almere şəhərində beynəlxalq məktəbdə “Mədəni müxtəliflik” bayramı təntənəli şəkildə qeyd edilib. Beynəlxalq məktəbin müxtəlif xalqlardan olan şagird və müəllimləri milli mədəniyyətlərini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan da təmsil olunub. “Mədəni müxtəliflik” bayramında bu məktəbdə çalışan azərbaycanlı müəllimlər- Nəzakət Rəhimli və Natella Mehdiyevanin təşəbbüsü və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının dəstəyi ilə Azərbaycan milli stendi təşkil olunub. Milli stendimizdə ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən kitablar, milli musiqi alətləri və milli geyim nümayiş olunub.
Ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verilib. Tədbir çərçivəsində iştirakçı ölkələrdən olan şagirdlər milli geyimdə ölkələrinin rəqslərini, musiqisini təqdim ediblər. Həmçinin, ziyarətçilər tədbir çərçivəsində digər ölkələrlə yanaşı Azərbaycan milli mətbəxinin təamlarını dadıblar.
Azərbaycan stendi, eləcə də mətbəxi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Tədbirin təşkilatçısı Jose Zuniga “Mədəni müxtəliflik” bayramı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, müxtəlif mədəniyyətlərin belə nümayişi milli mədəniyyətləri qarşılıqlı tanınmasına, eləcə də müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmaya töhfə verir. Belə tədbirlər şagirdlərin dünya görüşünün formalaşmasına imkan yaradır və onları qlobal vətəndaş olmağa hazırlayır. Şagirdlər və valideynlər tədbirdən məmnun olduqlarını bildiriblər.
Müxtəlif xalqların mədəniyyətlərinin təqdimatı ilə davam edən tədbir məktəblərdə mədəni müxtəlifliyin və inklüzivliyin nə qədər əhəmiyyətli olduğunu bir daha əyani şəkildə göstərib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]