Kiyevdə anomal isti hava höküm sürür
Kiyev, 16 iyul, AZƏRTAC
Ukraynada anomal isti hava davam edir. İyulun 12-dən 14-dək Kiyevdə temperatur rekordu yenilənib.
Bu barədə AZƏRTAC ölkənin Mərkəzi Geofizika Rəsədxanasına istinadla xəbər verir.
Bildirilib ki, iyulun 12-də Ukrayna paytaxtında havanın temperaturu 22,8 dərəcədən aşağı düşməyib. Göstərici 2021-ci ilin əvvəlki rekordunu 0,8 dərəcə keçib.
Ötən gün üçün aparılan müşahidələr zamanı havanın orta sutkalıq temperaturu 28,7 dərəcə təşkil edib ki, bu da 1959-cu ilin rekord göstəricisini 1,4 dərəcə, iqlim normasını isə 7,5 dərəcə ötüb.
Bundan başqa, iyulun 13-də Kiyevdə havanın maksimal temperaturu 35,4 dərəcəyə çatıb ki, bu da 1936-cı ildəki əvvəlki rekorddan 1,3 dərəcə yüksəkdir. Orta sutkalıq temperatur 29 dərəcə təşkil edib ki, bu da iqlim normasından 8,3 dərəcə çoxdur.
İyulun 14-də havanın maksimum temperaturu 35,9 dərəcəyə çatıb, bu da 1951-ci ilin rekord göstəricisindən 2,7 yüksəkdir. Ümumilkdə ən yüksək temperatur iyulun 11-də qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]