Metyu Miller: Biz Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanırıq
16 iyul, Vaşinqton, AZƏRTAC
“Dövlət katibi Antoni Blinkenin də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü zamanı açılışda dediyi kimi tərəflər inanılmaz irəliləyiş əldə ediblər və uzun yol qət ediblər”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı deyib. O bildirib ki, ABŞ-ın davam edə bilcək işi onları irəli addımlamağa sövq etməkdir. “Sülh sazişi hər iki xalq və ümumilikdə regionda sülh, stabillik və təhlükəsizlik üçün çox vacibdir. Biz inanırıq ki, sülh mümkündür, lakin bu tərəflərin çətin qərarlar qəbul etməsini, kompromisə getməsini tələb edir. Bu son fikir ayrılığını həll etmək və sazişə nail olmaq üçün tərəflərə təkan verməyə davam edəcəyik”,- deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]