® Əfsanəvi Prado Gürcüstanda təqdim olundu!
Ötən ilin avqust ayında açıqlanmış yeni nəsil “Land Cruiser 250” modeli 10-13 iyun tarixlərində “Prado” sevənlərə təqdim olundu. Gürcüstanda baş tutan təqdimat mərasimi maraqlı tədbirlər və test sürüşləri ilə yadda qaldı.
“Kutaisi Inn” hotelində baş tutan tədbirdə iştirakçılara “Land Cruiser 250” modelinin ənənəvi ruhuna sadiq qalınaraq yenilənmiş xarici görünüşü, “Multi-Terrain Select”, “Crawl Control”, stabilizatoru ayırma mexanizmi kimi bir sıra yenilikləri, təkmilləşdirilmiş sürüş və idarəetmə performansı, həm yolda, həm də yolsuzluq şəraitindəki bənzərsiz rahatlığı haqqında geniş məlumat verildi.
Azərbaycanı təmsil edən media qrupu tədbirə 11 iyun tarixində qoşuldu və 12 iyunda baş tutan test sürüşündə də iştirak etdilər.
İlk baxışdan media qrupunun diqqətini çəkməyi bacaran avtomobil həm “Prado” ənənəsini, həm də müasir elementləri özündə birləşdirmə tərzi ilə hər kəsi təəccübləndirməyi bacardı.
“Toyota Caucasus” yeni modelin yolsuzluq bacarıqlarını göstərməyin ən gözəl üsulunu birbaşa sahədə təcrübə etmək olduğunu düşündüyündən iştirakçılar üçün Muaşi resortundan və Kulbaki gölündən keçərək Prometeus mağaralarında yekunlaşan bir test sürüşü marşrut xətti təşkil etti.
İştirakçılar test sürüşü zamanı “Prado” əfsanəsinin daha da güclənməsini hiss edərək yeni modelin əvvəlki modellərlə müqayisədə hansı üstünlüklərə sahib olduğunu gördülər. Onlar “Multi-Terrain Select” sistemi ilə avtomobilin fərqli sürüş ssenarilərinə adaptasiya olmasını, “Crawl Control” sistemi ilə enişli-yoxuşlu yollarda sürətin stabil saxlanmasını, avtomobilin hər bir şəraitdə təqdim etdiyi komfortu və idarəetmənin hər kəs üçün rahat və əlçatan olmasını birbaşa təcrübə etdilər.
“Toyota Land Cruiser 250” modelinin Azərbaycanda satışı, komplektasiyası və qiyməti ilə bağlı daha ətraflı məlumatı “Toyota”nın Azərbaycandakı rəsmi dillerlərindən əldə edə bilərsiniz.
https://www.youtube.com/watch?v=lytmji41KO4
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]