Balakəndə evində avtomat gizlədən şəxs saxlanılıb
Bakı, 15 iyul, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 1 kiloqram marixuana, eləcə də “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Kaltayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]