İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub
Roma, 14 iyul, AZƏRTAC
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, qızmar isti səbəbindən biri paytaxt Romada, ikisi Apuliya regionunda olmaqla, üç yaşlı insan ölüb.
Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin qarşıdakı həftə ərzində də davam edəcəyini bildiriblər. İyulun 18-dən 19-dək Foccia və Taranto bölgələrində 41 dərəcə isti gözlənilir. Benevento, Sirakuza, Florensiya, Terni, Aqriqento, Kaserta və Ferrarada 40 dərəcə isti, Romada temperatur 40 dərəcəyə, Milanda isə 35 dərəcəyə yaxın olacaq. Hətta 1500 metr yüksəklikdə temperatur 24 dərəcəyə çatacaq və bu, 2012-ci ildə qeydə alınan 20 dərəcəlik göstəricidən yüksəkdir.
Siciliya və Sardiniya adalarında meşə yanğını təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub, mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]