DİN və DSX birgə əməliyyat keçirib, 6 kiloqram marixuana, 1800 ədəd metadon həbi dövriyyədən çıxarılıb
Bakı, 14 iyul, AZƏRTAC
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]