İsti havada ehtiyatla qəbul edilməli olan dərmanlar açıqlanıb
Bakı, 14 iyul, AZƏRTAC
İsti hava dərmanların ciddi əks təsirləri riskini artıra bilər, həmçinin inhalyatorların partlamasına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb. Bildirilib ki, qan təzyiqini azaltmaq üçün bəzi həblər mayenin bədəndən çıxarılmasını gücləndirərək işləyir. Onlar susuzluğa səbəb ola bilər, buna görə də içdiyiniz mayenin miqdarını nəzarətdə saxlamaq vacibdir.
Ürək xəstəlikləri ilə bağlı istifadə edilən beta blokerlər dəriyə qan axınını azalda bilər. Antidepressantlar, aspirin və ağrıkəsicilər bədənin düzgün soyumasına mane ola bilər. Həmçinin, istilik və müəyyən dərmanların birləşməsi başgicəllənməyə səbəb ola bilər.
Antibiotiklər, göbələk və sızanağa qarşı dərmanlar günəşə həssaslığı artıra bilər. Diqqətsizlik ciddi günəş yanığı ilə nəticələnə bilər. Dərmanların istifadəsi üçün təlimatları oxumalı və həkim resepti olmadan qəbul edilməməlidir.
Dərmanların sərin və quru yerdə saxlanması da vacibdir. Bəzi dərmanların soyuducuda saxlanması tələb olunur. Avtomobillə səyahət edərkən, istənilən bir dərman, ehtiyac olmasa belə, daşına bilən soyuducuda daşınmalıdır. Anafilaktik şoku müalicə etmək üçün istifadə edilən epinefrin qələmləri nasaz ola bilər və inhalyator qutuları partlaya bilər. Onları istilikdən qorumaq xüsusilə vacibdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]