Azərbaycanlı restorançılar Malayziyada keçirilən Dünya Kulinariya Müsabiqəsində parlaq çıxış ediblər
Azərbaycanın “SENSUM Coffee & Dine” restoranı Kuala-Lumpurda keçirilən nüfuzlu “Global Culinary Challenge”də uğuru Malaziya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın “Bernama” Dövlət Xəbər Agentliyindən bildirilib.
Məqalədə vurğulanıb ki, bu ilin may ayında restoran Azərbaycanda keçirilən “Qızıl şah” IV Milli Kulinariya Çempionatının birinci turunda qalib gəlib.
Çempionatın qaliblərindən biri kimi “SENSUM Coffee & Dine” Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasından (ACSA) lisenziya alıb.
O, restorana ənənəvi olaraq Avropa və Asiyanın bir çox ölkəsindən iştirakçıları bir araya gətirən məşhur beynəlxalq “Global Culinary Challenge” müsabiqəsində öz ölkəsini təmsil etmək imkanı verib.
Nəşr xəbər verir ki, azərbaycanlı restorançılar komanda yarışında ikinci yeri tutaraq, gümüş kuboka, həmçinin fərdi yarışlarda üç qızıl və yeddi gümüş medala layiq görülüblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]