Fransanın idman naziri dalğıc geyimində Sena çayında çimib
Bakı, 14 iyul, AZƏRTAC
Fransanın idman naziri Ameli Udea-Kastera 2024-cü il Paris Olimpiya oyunları ərəfəsində dalğıc geyimində Sena çayında üzüb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Udea-Kastera paralimpialı Ankinan ilə birlikdə çayın yarışların keçiriləcəyi yerində qısa müddət ərzində üzüb.
Nazir kameralar qarşısında Sena çayının bulanıq suyuna girərək, III Aleksandr körpüsü və Əlillər körpüsü arasındakı qısa məsafəni qət edib.
“Biz dedik ki, Olimpiadaya hazır olacağıq və biz hazırıq. Bu heyrətamizdir, vəd yerinə yetirilib!” – deyə o, jurnalistlərə bildirib. Nazir əlavə edib ki, bu yolla o, son dörd ildə Sena çayının təmizliyində dövlət xidmətlərinin işinin nəticələrini nümayiş etdirmək istəyib.
Bir çox nəşrlər qeyd edir ki, Ameli Udea-Kastera bulanıq və çirkli sudan qorunmaq üçün dalğıc geyimindən istifadə edib.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron, eləcə də Paris meri və BOK rəhbəri də 2024-cü il Olimpiya Oyunları ərəfəsində Senada suyun keyfiyyətinin yaxşı olduğunu sübut etmək üçün Sena çayında çimməyə söz vermişdilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]