Keyt Middlton “Uimbldon” turnirinin finalında iştirak edəcək
London, 13 iyul, AZƏRTAC
Uels şahzadəsi Keyt Middlton iyulun 14-də kişi tennisçilər arasında keçiriləcək “Uimbldon” turnirinin final oyunlarında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kensinqton Sarayı məlumat yayıb. Şahzadə turnirin qalibinə “Uimbldon” kubokunu təqdim edəcək.
Bununla da bu ilin əvvəlində qarın nahiyəsindən əməliyyat olan və daha sonra xərçəng diaqnozu qoyulan K.Middlton xəstəliyindən bu yana ikinci dəfə ictimaiyyət qarşısına çıxacaq.
O, ötən ay Kral Çarlzın rəsmi ad günü mərasimində iştirak edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]