Viktor Orban aktiv diplomatiyasını davam etdirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Viktor Orban aktiv diplomatiyasını davam etdirir

Budapeşt, 13 iyul, AZƏRTAC

Macarıstanın baş naziri Viktor Orban NATO sammitindən sonra Donald Trampla onun Floridadakı iqamətgahında görüşüb.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri X sosial şəbəkəsindəki mikrobloqunda bu sözləri yazıb: “Sülh missiyası 5.0. Sülhə nail olmağın yollarını müzakirə etdik. Günün yaxşı xəbəri: o bu problemi həll etməyə hazırlaşır!”.

“Təşəkkür edirəm, Viktor. Sülh mümkün qədər tez gəlməlidir. Başlamaması lazım olan müharibədə çoxlu sayda insan öldü!”, – T. özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top