Britaniyada cəzasının 40 faizini çəkmiş məhkumlar azadlığa buraxılacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Britaniyada cəzasının 40 faizini çəkmiş məhkumlar azadlığa buraxılacaq

London, 13 iyul, AZƏRTAC

Böyük Britaniyadakı həbsxanalarda həddindən artıq sıxlığı aradan qaldırmaq üçün məhkumlar cəzalarının 40 faizini çəkdikdən sonra azadlığa buraxılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ədliyyə naziri Şabana Mahmud deyib. O qeyd edib ki, indi hərəkətə keçməmək ədalət sisteminin çökməsi, küçələrdə talan və iğtişaşlar da daxil olmaqla asayişin tamamilə pozulması riski yaradır.

İngiltərə və Uelsdə ən ciddi cinayətkarlardan başqa digər məhbuslar cəzalarının 50 faizini çəkdikdən sonra şərti azadlığa buraxılırlar. Sentyabr ayından bu rəqəm 40 faizə endiriləcək. Proqram çərçivəsində erkən buraxılan məhbuslar elektron qolbaqlarla və komendant saatı kimi tədbirlərlə ciddi şəkildə izlənəcəklər. Onlar şərtləri pozduqları təqdirdə həbsxanaya geri qaytarıla bilərlər.

Yeni proqramın tətbiqindən sonra ilk bir neçə ayda təxminən 5500 məhbusun azadlığa çıxa bilər.

Dörd il və ya daha çox müddətə azadlıqdan məhrum edilmiş, ağır cinayət törətmiş şəxslərə cəza müddətinin azaldılması şamil edilməyəcək.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top