Avro-2024: İngiltərə millisi Niderlanda qalib gələrək finala vəsiqə qazanıb YENİLƏNİB 4
Bakı, 11 iyul, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başa çatıb. AZƏRTAC xəbər verir ki, görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Niderlandın heyətində Xavi Simon açsa da, İngiltərə seçməsi 17-ci dəqiqədə Harri Keyn (penalti) və 90-cı dəqiqədə Olli Votkinsin qolları ilə finala vəsiqə qazanıb. İngiltərə millisi finalda İspaniya ilə üz-üzə gələcək. Görüş iyulun 14-də baş tutacaq.
00:03
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb. AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir – 1:1. Qeyd edək ki, görüşü almaniyalı Feliks Şvayer idarə edir.
23:55
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb. AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Qeyd edək ki, görüşü almaniyalı Feliks Şvayer idarə edir.
23:24
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda ikinci qol vurulub. AZƏRTAC xəbər verir ki, İngiltərə millisinin üzvü Harri Keyn 18-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.
23:14
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunda hesab açılıb. AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində niderlandlıların heyətində Xavi Simons fərqlənib. Görüşü almaniyalı Feliks Şvayer idarə edir.
23:01
Almaniyanın ev sahibliyi etdiyi XVII Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü almaniyalı Feliks Şvayer idarə edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]