“Paris-2024”ə lisenziya qazanan idmançı: Məqsədim yarışa ən yaxşı formada hazır olmaqdır
Bakı, 8 iyul, AZƏRTAC
“İdmana başlayanda istəyim Paralimpiadada mübarizə aparmaq olub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris -2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanan parakamandan oxatma üzrə Azərbaycan milli komandasının üzvü Cahan Musayev deyib.
O, nüfuzlu yarışda iştirak edəcəyi üçün xoşbəxt olduğunu bildirib: “Paralimpiya Oyunlarında Vətənimi təmsil etmək ən böyük arzum idi. Artıq məqsədim ilk dəfə çıxış edəcəyim yarışa ən yaxşı formada hazır olmaqdır. Bu istiqamətdə məşqlərimi davam etdirirəm. Parisdə əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]