Litva Rusiya ilə sərhədi möhkəmlətmək üçün AK-dan vəsait istəyib
Bakı, 8 iyul, AZƏRTAC
Litva Rusiya ilə sərhədin möhkəmləndirilməsi üçün Avropa Komissiyasından (AK) vəsait ayırmasını xahiş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya ilə 275 kilometr sərhədin gücləndirilməsi bizim prioritetimizdir. Sərhədin monitorinqi üçün infrastrukturun modernləşdirilməsinə ehtiyac var”, – deyə XİN rəhbəri Aqne Bilotayte bildirib.
Vilnüs 2030-cu ilədək sərhəd nəzarəti sistemlərinin yenilənməsi də daxil olmaqla AK-dan 13,7 milyon avro alacağını gözləyir. “Biz bu mühüm məsələnin həllində Avropa Komissiyasının yardımına ümid edirik”, – deyə Bilotayte vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə Avropa İttifaqı Belarusla sərhəd boyu nəzarət sistemlərinin yenilənməsi üçün Litvaya 9,3 milyon avro ayırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]