Azərbaycan basketbol yığmalarının Avropa çempionatındakı oyunlarının vaxtı açıqlanıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycanın oğlan və yeniyetmələrdən ibarət U-16 yığmalarının Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Albaniyanın paytaxtı Tirana şəhərindəki turnirə qatılacaq oğlan komandamız A qrupunda Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma qrupdakı ilk matçını iyulun 9-da ev sahiblərinə qarşı keçiriəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Milli komanda növbəti görüşlərdə iyulun 10-da Moldova, bir gün sonra isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Cəbəllütariqdəki Avropa çempionatında iştirak edəcək yeniyetmə qızlardan ibarət komandamız isə A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları üz-üzə gələcək. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk görüşü iyulun 9-da Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Qrupda növbəti oyunlar iyulun 10-da saat Gürcüstana, iyulun 11-də isə Kiprə qarşı keçiriləcək. Hər iki matçın start fiti saat 12:30-da veriləcək.
Qeyd edək ki, Avropa çempionatının C divizionunun oyunları iyulun 9-14-da keçiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]