“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub
Bakı, 5 iyul, AZƏRTAC
Səməd Vurğunun ev-muzeyində hərbçi, şairə, Əməkdar mədəniyyət işçisi, Həzi Aslanov adına Ordu İdeoloji Mərkəzinin kitabxana müdiri Zəminə Xınalının “Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çərçivəsində, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) polkovniki Rəşad Aslanovla görüş də reallaşıb.
Görüşdə çıxış edən natiqlər Vətən müharibəsində qazanılmış tarixi qələbənin xalqımıza böyük sevinc bəxş etdiyini bildiriblər.
Tədbirdə H.Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev, Elçin Məmmədov hərbi vətənpərvərlik mövzusunda marşlar ifa ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]