BDU-nun əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi-təcrübə proqramında iştirak edib
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı, Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının magistrantı Nurayə Məmmədova Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi (NBİM) tərəfindən MDB ölkələrindən olan gənc alim və mütəxəssislər üçün elan edilmiş XVII Təlim-təcrübə proqramı çərçivəsində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi-təcrübə proqramında iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı BDU əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nəzəri fizika, Radiasiya biologiyası, Yüksək enerjilər fizikası, Nuvə reaksiyaları, Nuvə problemləri, Neytronlar fizikası, Xromosomlar abberasiyası və Radiasiya terapiyası laboratoriyaları, “Xüsusi ekonomik zona”da NİCA kollayderi, siklotron DC-280, sinxrofazatron, ARİADNA injektoru, MDP və GERDA detektorları ilə tanış olub. Proqram çərçivəsində “Yadro”, “Paskal”, “eNcore” şirkətlərinin istehsal etdikləri məhsullar haqqında geniş məlumat verilib, istehsal prosesi əyani izlənilib.
Təlim-təcrübə proqramının sonunda iştirakçılardan ibarət komandalar prototip layihə hazırlayaraq təqdim ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]