6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası – Azərbaycanda bir ilk REPORTAJ
Şəki, 4 iyul, AZƏRTAC
Şəkinin Baş Küngüt kəndinin sakini Sadiq Mustafazadə uzun illərdir çaynik kolleksiyası toplamaqla məşğuldur. O, bunun üçün 30 ilə yaxın vaxt sərf edib. Kolleksiyada dost-tanışlarının hədiyyə etdiyi özəl çayniklər də az deyil. Kolleksiyanı ziyarət edənlər istədiyi çaynikdə çay sifariş edə bilərlər. Çayniklərin əksəriyyəti keramikadan hazırlanıb.
AZƏRTAC xəbər verir ki, ixtisasca memar-dizayner olan Sadiq Mustafazadə həm də təbiət vurğunudur. O, gəzib-görməyi, çayniklərdən kolleksiya toplamağı özünün hobbisi hesab edir və bu işdən zövq alır. Dünyanın dörd bir yanından topladığı çaynikləri kəndin yaxınlığında, dağın zirvəsində inşa etdiyi məkanda, xüsusi bir yerdə sərgiləyir.
Sadiq Mustafazadə ilk çayniki 1995-ci ildə İsraildən aldığını bildirir. “Oxuyan bayquş” adlanan bu çaynik onun diqqətini çox çəkib və çayniki əldə edib. Beləcə, çaynik kolleksiyasının əsası qoyulub. Artıq 30 ilə yaxındır ki, Sadiq müəllim kolleksiyanı genişləndirməklə məşğuldur.
Kolleksiyada 6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik var. Onun sözlərinə görə, belə kolleksiya Azərbaycanda bir ilkdir. Müsahibimiz deyir ki, səyahət etdiyi ölkələrdə dükan-bazarlara baş çəkəndə onun gözləri çaynik axtarır. Bəzən bir çaynikin sorağına uzaq məsafələr qət edir. Dünyanın ən bahalı sərgilərinə çıxarılan, nümayiş etdirilən çayniklərə də burada rast gəlmək olur.
“İnsanları birləşdirən ən gözəl ənənələrdən biri də çay süfrəsidir. Çay həm də mədəniyyətdir, barış, ünsiyyət yaradan amildir. Hər hansı millətin nümayəndəsi ilə bir araya gələndə də ortaya çay gətirilir, sonra söhbət edilir”, – deyən Sadiq müəllim bildirir ki, kolleksiyasındakı çayniklərin əksəriyyəti tam istifadəyə yararlıdır.
O, kolleksiyasını qayalar üzərində inşa etdiyi məkanda sərgiləməsindən də söz açıb. Deyir ki, bu, onun təbiət aşiqi olmağından, torpaq, yurd sevgisindən qaynaqlanır.
Sadiq Mustafazadə bu gün də axtarışdadır. Eyni zamanda, yaxın dostları da ona bu işdə – kolleksiya toplamaqda kömək edirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]