Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Bakı, 4 iyul, AZƏRTAC

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 4-də saat 07:00-dan iyulun 5-də saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top