Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub
Ankara, 3 iyul, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Ərzurum şəhərinə səfər edib və burada iyulun 3-də Türkiyənin bu şimal-şərq vilayətinin müftisi Rustem Can ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycanın Qarsdakı Baş konsulluğunun nümayəndələri və digərləri daxil olub.
İki qardaş ölkənin din sahəsində qarşılıqlı fəaliyyəti məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]