Kral Çarlz Şotlandiyada səfərdədir
London, 3 iyul, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlzın hər il keçirilən Holirud həftəsi çərçivəsində Şotlandiyaya iki günlük səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Holirud həftəsi Şotlandiya mədəniyyətini, icmasını və nailiyyətlərini qeyd etmək üçün Britaniya monarxının ölkəyə bir həftəlik səfərini əhatə edir. 4 iyulda Britaniyada keçiriləcək növbədənkənar seçkilərə görə, bu il daha yığcam keçiriləcək tədbir çərçivəsində Kral Çarlz Holirud Sarayındakı bir sıra mərasimlərdə iştirak edib. Kraliça Kamilla isə Edinburqdakı kitab mağazası sahibləri, yazıçılar və ədəbi təşkilatlar üçün tədbir təşkil edib.
Kral Çarlz və Kraliça Kamilla səfəri Edinburq qəsrində şəhərin 900-cü ildönümünə həsr olunmuş bayram tədbiri ilə yekunlaşdıracaqlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]