Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir
Praqa, 3 iyul, AZƏRTAC
Vışeqrad dördlüyü (V4) blokunun sədri vəzifəsi bu həftə Çexiyadan Polşaya keçir.
AZƏRTAC xəbər verir ki, bu qurumun sədrliyi rotasiya əsasında dəyişir.
Polşa rəhbərliyinin proqramının prioritetləri kimi əhalinin təhlükəsizliyi, regionun enerji, nəqliyyat və rəqəmsal infrastrukturunda qarşılıqlı əlaqələrin gücləndirilməsi, akademik, mədəni və turizm sahələrində ölkələr arasında əməkdaşlıq qeyd olunub.
“Vışeqrad dördlüyü enerji və nəqliyyat infrastrukturunun gələcək inkişafı və Şengen zonasının xarici sərhədlərinin qorunmasında Avropa strukturlarının daha fəal iştirakı kimi üzv dövlətlərin maraqlarının eyni qaldığı sahələrdə əməkdaşlıq alətinə çevrilməlidir”, – deyə V4 saytında deyilir.
Vışeqrad dördlüyü blokuna Çexiya, Slovakiya, Polşa və Macarıstan daxildir. 1991-ci ilin fevralında Çexoslovakiyanın bölünməsindən sonra dördlüyə çevrilən Vışeqrad üçlüyü yaradıldı. Blok Mərkəzi Avropa regionunda sabitlik və əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Ölkələrdən hər biri bir il müddətinə V4-ə sədrlik edir.
2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan sonra bloka daxil olan ölkələr arasında münasibətlərdə soyuqluq yaranıb. V4 ölkələrində münaqişənin səbəbləri və Ukraynaya yardımın formaları ilə bağlı fikir ayrılığı mövcuddur. Çexiya və Polşa Kiyevə hərbi yardım edir. Macarıstan və Slovakiya bu mövqeyi dəstəkləmir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]