Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Bakı, 3 iyul, AZƏRTAC

“Möhtəşəm zəfər oldu”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə millisinin qapıçısı Mərt Günok Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən deyib.

Təcrübəli qolkiper onları dəstəkləyən azarkeşlərə təşəkkür edib: “Bizim üçün dua edən hər kəsə minnətdarıq. Turnirdəki yolumuz uzundur. Sonadək gedəcəyik. Avstriya üzərindəki qələbə komandaya böyük motivasiya oldu”.

Qeyd edək ki, Türkiyə millisi 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top