“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb
Bakı, 2 iyul, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun aparıcı elmi işçisi dosent Aynur İbrahimovanın “Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan koroğluşünaslığının tarixi, təşəkkülü və inkişaf istiqamətləri müəyyənləşdirilib. Azərbaycan koroğluşünaslarının əsərlərinin vahid, bir-biri ilə əlaqəli, bir-birinin davamı kimi diqqətə alınması, “Koroğlu” eposunun tədqiq aspektləri, nəzəriyyə və elmi metodların dəyərləndirilməsi, Azərbaycan koroğluşünaslığının tarixi şərait və elmin inkişaf səviyyəsi ilə şərtlənən konkret mərhələlərinin müəyyən edilməsi, alim və tədqiqatçıların bu sahənin inkişafındakı xidmətləri və s. məsələlərin öyrənilməsi monoqrafiyanın əsas tədqiq istiqamətlərini təşkil edir.
Kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçisi isə akademik Nizami Cəfərovdur.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]