Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
Bakı, 2 iyul, AZƏRTAC
Keniyada mübahisəli vergi artımı haqqında qanun layihəsinin ləğv edilməsinə baxmayaraq, hökumət əleyhinə nümayişlər yenidən başlayıb. AZƏRTAC xəbər verir ki, Nayrobi polisi aqressiv nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Citizen telekanalının məlumatına görə, ölkənin ən böyük şəhərləri Mombasa və Kisumuda hökumətin istefası tələbi ilə nümayişlər keçirilir.
Keniyada etiraz aksiyaları iyunun 18-də başlayıb, lakin iyunun 25-də yeni vergilərin tətbiqini nəzərdə tutan qanun layihəsinin ləğvini tələb edən etirazçılar parlament və şəhər şurasının binalarını yandırdıqdan sonra vəziyyət gərginləşib. İyunun 26-da prezident Uilyam Ruto mübahisəli qanun layihəsini ləğv edib. Buna baxmayaraq, nümayişçilər ertəsi gün də küçələrə çıxıblar.
Keniya Milli İnsan Haqları Komissiyasının məlumatına görə, iyunun 18-dən indiyədək etiraz aksiyalarının gedişində 39 nəfər ölüb, 350-dən çox insan yaralanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]