Belarusda ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır
Kiyev, 2 iyul, AZƏRTAC
Belarusda ikinci Atom Elektrik Stansiyası tikiləcəyi təqdirdə heç vaxt elektrik enerjisi çatışmazlığı olmayacaq.
AZƏRTAC “Belta”ya istinadla xəbər verir ki, bu barədə iyulun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident Administrasiyasının rəhbəri və Belarusun Rusiyadakı səfirinin hesabatını qəbul edərkən bildirib.
“Biz ikinci Atom Elektrik Stansiyasının tikintisi məsələsini düşünürük və üzərində işləyirik”, deyə Lukaşenko bildirib.
Dövlət başçısı qeyd edib ki, elektrik enerjisi təkcə sənaye və ya məişət ehtiyacları üçün lazım deyil. “Biz elektriklə işləyən evlər tikirik, buna ciddi yanaşmışıq və ciddi qəbul etdiyimiz elektrik avtomobilləri var. Bizdə nəinki yaxşı inkişaf var, yaxşı istehsalımız da var – xüsusən də avtobuslar və trolleybuslar. Elektrik enerjisi hər yerdə lazımdır. Ona görə də biz irəliyə baxmalıyıq”, – deyə prezident vurğulayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]