Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Şəki, 2 iyul, AZƏRTAC

Şəki sakinini ilan sancıb.

AZƏRTAC xəbər verir ki, hadisə Daşüz kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Fadəddin Orucov təsərrüfat işləri ilə məşğul olan zaman onu ilan sancıb.

Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər ilkin tibbi yardım göstərib və ilan zəhəri əleyhinə zərdab vurulub.

Həkimlər 65 yaşlı xəstənin vəziyyətinin orta-ağır olduğunu, müalicələrinin davam etdirildiyini bildirir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top