İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Bakı, 2 iyul, AZƏRTAC

“Air Europa” şirkətinə məxsus İspaniyadan Uruqvaya uçan “Boeing 787-9 Dreamliner” təyyarəsi turbulentə düşüb.

AZƏRTAC CNN-ə istinadən xəbər verir ki, turbulentlik nəticəsində 30 sərnişin xəsarət alıb.

“Əllərində, üz və ayaqlarında sınıq və xəsarət alan sərnişinlər var. Təxminən 30 nəfər yaralanıb”, – deyə nəşr yazır.

Telekanalın məlumatına görə, təyyarə Madriddən Montevideoya uçurakən Braziliyanın Natal şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

May ayında Sinqapur Hava Yollarına məxsus təyyarənin sərnişini güclü turbulentlik səbəbindən dünyasını dəyişmişdi.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top