Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb
Ankara, 1 iyul, AZƏRTAC
Türkiyə Rumıniya və Bolqarıstanla birlikdə Qara dənizdə mina təhlükəsi ilə mübarizə aparacaq. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Ərcüment Tatlıoğlu üç Qara dəniz ölkəsinin nümayəndələrinin 1 iyul – Naviqasiya və Kabotaj Gününə həsr olunmuş birgə iclasında bildirib.
Onun sözlərinə görə, Bolqarıstan və Rumıniya ilə razılaşmaya uyğun olaraq Qara dənizdə minalara qarşı tədbirlər üzrə Operativ Qrup (“MCM Black Sea”) yaradılıb. Qrupa Türkiyə rəhbərlik edir.
“Bizim ölkələrimiz Qara dəniz regionunun, strateji əhəmiyyətini dərk edirlər. “MCM Black Sea”nın fəaliyyəti təkcə üç ölkə üçün deyil, həm də bütövlükdə region üçün həyati əhəmiyyət kəsb edir”, – deyə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.
Operativ Qrupa daxil edilən gəmilər iyulun 1-də İstanbulun Beykoz rayonundakı Umuryeli dəniz bazası ərazisindən yola düşəcəklər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]