Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub
Bakı, 30 iyun, AZƏRTAC
Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-20 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Rahim Həsənov (55 kiloqram), Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Əli Quliyev (87 kiloqram), Mahir Qurbanlı (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) yer alıblar.
Daha sonra mübarizəyə qoşulacaq qadın güləşçilər – Elvina Kərimzadə (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Gülər Həbibova (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Fatimə İsayeva (68 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Yarışın son günlərində isə sərbəst güləşçilərdən Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Musa Verdiyev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Əhməd Əhmədli (74 kiloqram), Nurudin Maqomedqadjiyev (79 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Xetaq Karsanov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizəyə qoşulacaqlar.
U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyev ilə Vüqar Şükürov ədaləti qoruyacaqlar.
Yarışa sabah start veriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]