İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub
Roma, 30 iyun, AZƏRTAC
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, aramsız leysan yağışları Valle d’Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle D’Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib.
Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]