Azərbaycan cüdoçuları VIII “Asiya Uşaqları” Oyunlarında 4 medal qazanıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan cüdoçuları VIII “Asiya Uşaqları” Oyunlarında 4 medal qazanıblar

Yakutsk, 30 iyun, Leyla Muradzadə, AZƏRTAC

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan cüdoçuları 3 gümüş və 1 bürünc medal əldə ediblər.

AZƏRTAC xəbər verir ki, kişilər arasında mübarizə aparan Quliyev Anar (46 kq), Məhəmməd Rüstəməli (50 kq) və Qarayev İlkin (55 kq) final qarşılaşmalarda uduzaraq gümüş medala layiq görülüblər.

Qızlar arasında isə Hüseynova Gülşən (40 kq) bürünc medalla kifayətlənib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top