Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

Bakı, 30 iyun, AZƏRTAC

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb. Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb. O, narkotiki sosial şəbəkədən tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top