Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq
Bakı, 29 iyun, AZƏRTAC
Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi avqustun 29-dək davam edəcək. Bildiyiniz kimi, bu proses səsvermə gününə 3 gün qalanadək davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın iyulun 29-də keçirilən iclasında söyləyib.
O bildirib ki, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunması avqustun 12-dək davam edəcək. Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlayacaq və səsverməyə 24 saat qalmış yekunlaşacaq. Yəni, bu proses avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da isə dayandırılacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]