Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bakı, 29 iyun, AZƏRTAC

Mikroplastiklər o qədər geniş yayılıb ki, onları izləmək çox çətindir. Onun çox cüzi hissəcikləri plastiklərin parçalanması nəticəsində əmələ gəlir və qəbul edildikdə ürək tutulması, hətta onkoloji xəstəliklərə səbəb ola bilər.

AZƏRTAC “Euronews” telekanalının məqaləsinə istinadla xəbər verir ki, mikroplastik hissəciklərin ətraf mühitdə geniş yayılmasına baxmayaraq, onların orqanizm tərəfindən “istehlakını” azaltmaq imkanı var və bunu birbaşa mətbəxdən başlamaq olar.

Məqalədə evlərimizdə 5 ən çox yayılmış mikroplastik mənbəyi açıqlanır və onları necə əvəz etmək barədə məsləhətlər verilir.

Belə mənbələrdən biri plastik doğrama taxtalarıdır. Amerika Kimya Cəmiyyətinin araşdırmasına görə, doğrama taxtaları insanları hər il 79,4 milyona qədər polipropilen hissəciklərinə məruz qoya bilər. Əlverişli alternativ, adətən mikroplastik olmayan və təmizlənməsi asan olan temperli şüşə doğrama taxtalarıdır.

Mikrodalğalı sobalar üçün qablar da təhlükəlidir: mikrodalğalı sobalarda istifadə olunan plastik məmulatlar qızdırıldığı an qidaya əhəmiyyətli miqdarda mikroplastik buraxa bilər. Nebraska Universitetinin tədqiqatçıları apardıqları bir araşdırmada, mikrodalğalı soba üçün təhlükəsiz olaraq etiketlənmiş bəzi plastik uşaq qidası qablarında hər kvadrat santimetrdə 4 milyona qədər mikroplastik hissəcik aşkar ediblər.

Plastik qablarda dondurulmuş buz, plastik butulkalardakı su kimi mikroplastiklərin mənbəyi ola bilər. Bu mövzuda aparılan araşdırma o qədər də çox deyil, lakin artıq aydındır ki, plastiklərin dondurulması mikroplastiklərin isitmə ilə eyni şəkildə suya qarışmasına səbəb ola bilər. Məqalədə qeyd olunur ki, ekoloji cəhətdən təmiz və sağlam alternativlər qida silikondan və ya paslanmayan poladdan hazırlanmış qablardır.

Kağız stəkanlar plastik stəkanlara ekoloji cəhətdən təmiz alternativ hesab edilsə də, onlar da mikroplastiklə çirklənməyə töhfə verir, çünki onların hazırlanması zaman adətən 10 faiz yüksək sıxlıqlı polietilendən ibarət mastik istifadə edilir. Bundan əlavə, “Journal of Hazardous Materials” jurnalında dərc edilən 2021-ci il araşdırmasına əsasən, isti içkilər üçün kağız stəkanların istifadəsi ftoridlər, xloridlər, sulfatlar və nitratlar da daxil olmaqla bir sıra təhlükəli kimyəvi maddələrin buraxılmasına gətirib çıxara bilər.

Bir çox insanlar bunu bilmir, amma çay paketləri də təhlükəlidir: onlar adətən ekoloji cəhətdən təmiz olmayan polipropilen plastikdən hazırlanır və hətta kağız paketlərdə sıxlaşdırıcıda plastik izləri ola bilər. Tədqiqatlar sübut edir ki, çay dəmlənərkən isti su çay paketlərindən milyonlarla – bir fincanda 3,1 milyarda qədər mikroplastik hissəcikləri buraxa bilər. Çay paketlərinin tərkibində digər zərərli maddələr, o cümlədən flüorid birləşmələri, arsen, radium duzları, alüminium, mis, qurğuşun, civə, kadmium, barium və nitratlar ola bilər.

Əgər həqiqətən çay paketləri olmadan dolanmaq mümkün deyilsə, pambıq çay paketlərindən istifadə etmək olar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top