Mark Rütte NATO-nun yeni Baş katibi seçilib
Brüssel, 26 iyun, AZƏRTAC
NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rütteni NATO-nun Baş katibi seçiblər.
AZƏRTAC xəbər verir ki, Rüttenin namizədliyi NATO ölkələrinin Brüsseldəki səfirləri tərəfindən təsdiq edilib. Rəsmi təyinatın təşkilatın iyulda Vaşinqtonda keçiriləcək sammitində baş tutacağı gözlənilir.
Rüttenin səlahiyyət müddəti beş il təşkil edəcək. O, NATO-nun hazırkı Baş katibi norveçli Yens Stoltenberqi əvəz edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]