Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran – Lerik yolu bağlanıb
Lerik, 26 iyun, AZƏRTAC
Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 kilometrliyində, Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.
Əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir. Kənd sakinlərinin sözlərinə görə, belə bir hadisə ilə ilk dəfə qarşılaşıblar.
Yolun tam açılması istiqamətində işlər davam etdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]