Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub
Bakı, 26 iyun, AZƏRTAC
26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.
Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə qızılgüllər düzərək ehtiram nümayiş etdirib.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib. Vətənimizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarına gül dəstələri qoyulub.
Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin İkinci Şəhidlər xiyabanında məzarları üzərinə güllər düzülüb, ruhları dərin hörmət və ehtiramla anılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət, həmçinin şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]