Culian Assanc azadlığa buraxılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Culian Assanc azadlığa buraxılıb

Vaşinqton, 26 iyun, AZƏRTAC

“Wikileaks” portalının təsisçisi Culian Assanc ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasındakı məhkəmədən azadlığa buraxılıb.

AZƏRTAC-ın məlumatına görə, məhkəmə prosesi bitdikdən sonra o, ölkəsi Avstraliyaya uçmaq üçün Saypan hava limanına yollanıb.

Qeyd edək ki, C.Assanc bu gün məhkəmə prosesi zamanı ABŞ tərəfi ilə əvvəlcədən razılaşdığı kimi Amerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib. O həmçinin “Wikileaks” portalında təqdim edilmiş məlumatları silmək öhdəliyini üzərinə götürüb. Razılaşmanın şərtlərində də qeyd olunduğu kimi ABŞ Ədliyyə Departamentinin prokurorları 62 aylıq həbs tələb edib, bu da Assancın Böyük Britaniyada həbsxanada yatdığı müddətə bərabərdir.

Assanc ABŞ-a getməyə qarşı çıxdığı üçün məhkəmə iclası Saypan adasında keçirilib. Bura həm də Avstraliyaya yaxın olduğu üçün seçilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top