Dağıstanda silahlı hücumlar: 6 polis əməkdaşı öldürülüb, yaralılar var YENİLƏNİB-2
Bakı, 23 iyun, AZƏRTAC
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.
Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.
Hücum edənlərin sayı məlum deyil.
21:21
Dərbənddə kilsə və sinaqoqa, eləcə də Mahaçqalada yol polisi postuna hücumdan sonra Rusiya İstintaq Komitəsi terrorizmlə bağlı cinayət işi açıb. Bu barədə AZƏRTAC TASS informasiya agentliyinə istinadla məlumat verir.
Son məlumatlara görə, keşiş Nikolay Ata və ən azı iki polis əməkdaşı həlak olub. Daha 7 polis əməkdaşı yaralanıb. Dərbənddə kilsə və sinaqoqa hücum Bakı vaxtı ilə saat 19:00 radələrində baş verib: bir polis ölüb, digəri yaralanıb. Daha sonra Dağıstanda yol polisi postuna hücum nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı polis yaralanıb.
Dağıstanın Daxili İşlər Nazirliyi iki yaraqlının öldürüldüyünü təsdiqləyib.
21:06
Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.
“Bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna silahlı hücumlar edilib. İlkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları öldürülüb”, – məlumatda deyilir.
Komitədən aydınlıq gətirilib ki, hüquq-mühafizə orqanları cinayətkarların axtarışı və tutulması üçün bütün zəruri tədbirləri həyata keçirir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]