Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq
Bakı, 23 iyun, AZƏRTAC
Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə səfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Sloveniyanın Radio və Televiziyası məlumat yayıb.
“Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətdə kömək etməyə davam edəcəyik”, – deyə dövlət başçısı bildirib.
“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlər nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli dəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz üzvü Kiyevlə analoji sazişlər imzalayıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]