Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub
Xaçmaz, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 23-ü Nabranda təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.
Bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Rusiyanın Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları çıxış edərək Sabantuy bayramının ölkəmizdə ənənəvi şəkildə qeyd olunmasını xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıblar.
Kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyət ilə bağlı olan Sabantuy tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.
Bayram tədbirində tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ifa ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə güclərini sınayıblar.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]