Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb
Bakı, 23 iyun, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum edilmiş 1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı və daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə paytaxtdan Şamaxıya gətirdiyini bildirib.
İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]