Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar
Bakı, 22 iyun, AZƏRTAC
Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kiloqram) gümüş, Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Tural Sarıyev (92 kiloqram) və Vətən Hüseynli (92 kiloqram) bürünc medala layiq görülüblər.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeri tutub.
Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc mükafatın sahibi olublar.
İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]